Fazil Mustafadan maraqlı təklif: Çernyayevskiyə heykəl qoyulsun
02
avq
2019
19:49
Azərbaycanın görkəmli maarifçisi və pedaqoqu Aleksey Çernyayevskinin adı və xatirəsi əbədiləşdirilməlidir.BAKU.WS xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.Onun sözlərinə görə, millətimizin aydınlığa qovuşması üçün ən böyük fədakarlığı etmiş kişilərdən, türklərdən, müsəlmanlardan, azərbaycanlılardan biri olan və ilk "Vətən dili" dili dərsliyimizi yazmış, millətimizin övladlarını mollaxanadan xilas edərək Qori müəllimlər seminariyasında gələcəkdə müstəqil dövlətimizi quracaq kadrlar olaraq hazırlamış, millətimizin zehni əngəlli xurafatçı çoxluğuna qarşı qəhrəmancasına dirəniş göstərmiş fiziki əngəlli Şamaxı malakanı Aleksey Osipoviç Çernyayevskinin adı və xatirəsini əbədiləşdriməliyik.“Onun dəfn olunduğu yeri tapıb məzarını bərpa etməliyik, yubileyini keçirməliyik, adına məktəblərdə təqaüd verməliyik, abidəsini qoymalıyıq. Ağrılı odur ki, bu gün müstəqillik dövrümüzdə xurafatçıların sayı da, diplomu da 19-cu əsrdəkindən daha çoxdur, pirlərdə, ziyarətgahlarda, ali məktəblərdə, akademiyada öz mövcudluqlarına davam edirlər və həm də ağrılı odur ki, Qori Müəllimlər Seminariyası səviyyəsində hələ də bir universitet yarada bilməmişik”- F. Mustafa qeyd edib.Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müracit edib-etməyəcəyinə gəldikdə isə F.Mustafa deyib ki, bununla bağlı hər hansı rəsmi müraciət etmək niyyəti yoxdur: “Hesab edirəm ki, aidiyyatı qurumlar səsləndirdiyim fikri nəzərə alacaqlar”.
Oxşar xəbərlər
Fazil Mustafa: "Rus dilinə ayrılan pul dayandırılmalıdır" - VİDEO
Milli Məclisin bu gün keçirilən plenar iclasında Büdcə layihəsi deputatların müzakirəsinə buraxılıb. BAKU.WS xəbər verir ki, deputat Fazil Mustafa rus dilinin t...