Dayanacaqlardan yığılan pulların əksəriyyəti dövlət büdcəsinə getmir - VİDEO
17
may
2019
14:56
“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur”.BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Parlamentdə çıxışında bildirib. Millət vəkili çıxışı barədə bunları qeyd edib.“Artıq Az.Tv-nin və İTV-nin funksiyasını bundan sonra öz üzərimə götürüb davamlı şəkildə çıxışlarımı paylaşacağam. Bu gün Milli Məclisdə bir neçə aktual mövzunu gündəmə gətirdim.Hava limanında, avtovağzalda minik avtomobillərinin giriş -çıxış zamanı pul alınması ciddi narahatçılıq doğurur. Bu sahədə özbaşınalığa son qoyulmalıdır. Eyni zamanda Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəltdim.Həm də hamımızın sevimlisi olan Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğuladım”, - deyə Fazil Mustafa bildirib.
Oxşar xəbərlər
Fazil Mustafadan uşaq pulu ilə bağlı - VACİB TƏKLİF - VİDEO
Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.BAKU.WS xəbər verir ki, bu barədə deputat özü “Facebook” səhifəsində bildir...