Milli Məclisdə qaz limiti ilə bağlı təklif
23
apr
2019
12:41
"Qaz limitinin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram". BAKU.WS-in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.F.Mustafa əlavə edib ki, hamının imkanları eyni olmadığı üçün birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqları nəzərə alınmalıdır:"Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir".
Oxşar xəbərlər
Əhaliyə qaz və elektriklə bağlı sevindirici XƏBƏR
Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olma...