Azərbaycanda ölüm hökmünun bərpa olunması ilə bağlı TƏKLİF
Azərbaycanda xüsusi ağır cinayətlərlə bağlı ölüm hökmünün bərpa edilməsi lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev təklif edib.
Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan insan haqları və azadlıqları haqqında Beynəlxalq Konvensiyaya qoşulub, bununla belə ölkənin müharibə şəraitində olduğu nəzərə alınmalıdır.
Millət vəkili vurğulayıb: "Tərtər rayonunda baş vermiş son hadisələr bir daha sübut edir ki, xüsusi cinayətlərə qarşı, ələlxsus dövlət əleyhinə olan əməllərə görə ölüm hökmü bərpa edilməlidir”.
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili: “Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?”
Millət vəkili Əli Məsimli "Banklar haqqında” qanunun müzakirəsi zamanı çıxış edib. BAKU.WS "Qafqazinfo” ya istinadən xəbər verir ki, o, çıxışında qeyd edib ki,...