“Polislərin əməkhaqqısı qaldırılsın...”
Millət vəkili Qüdrət Həsənquliyev polislərin əməkhaqqısının artırılması məsələsini təklif edib.
"Qafqazinfo” xəbər verir ki, o, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Millət vəkili bildirib ki, hazırda polis sıravisi 420 manat, polis zabiti isə 480 manat maaş alır:
"İndiki devalvasiyalar dövründə isə bu maaş polisin ləyaqətli həyat səviyyəsini təmin etmək üçün bəs deyil. Başa düşürük ki, müharibə vəziyyətindəyik, çətin dövrdür. Amma dövlətin elə strateji sahələri var ki, orada çalışan insanların əmək haqları artırılmalıdır”.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyevanın vitse-prezidentliyə namizədliyi təklif olundu
Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk...