Fazil Mustafa: "Rus dilinə ayrılan pul dayandırılmalıdır" - VİDEO
31
may
2019
16:09
Milli Məclisin bu gün keçirilən plenar iclasında Büdcə layihəsi deputatların müzakirəsinə buraxılıb. BAKU.WS xəbər verir ki, deputat Fazil Mustafa rus dilinin tədrisinə ayrılan vəsaitin dayandırılmasını təklif edib."Hər il dövlət büdcəsindən rus dilinin tədrisinə 100 milyon manata yaxın vəsait ayrılır. Ölkədə ingilis və türk məktəbləri var, bunlar özəldir. Rus dili tədrisini də özəl sektora buraxmaq lazımdır. Biz niyə hansısa xarici ölkənin dilini öz büdcəmizdən vəsait ayırmaqla həll etməliyik? Mən rus dilində tədrisin tərəfdarıyam, amma bunu büdcə hesabına etmək yanlışdır”.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"Azərbaycanda orta əmək haqqı və pensiya aşağıdır" - Deputatdan SƏRT ÇIXIŞ - VİDEO
Milli Məclisin bugünki iclasında Büdcə layihəsi müzakirə olunub.BAKU.WS xəbər verir ki, deputat Fazil Mustafa çıxışında Büdcə layihəsinin ölkənin həyatında ən c...