Spikerdən deputata ETİRAZ: “Niyə görə savadı olmamalıdır?!”
19
fev
2019
15:00
Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, deputat Fazil Mustafa vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib. Fazil Mustafa deyib ki, vəkillərdən məmur düzəltməyə ehtiyac yoxdur: "Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur.Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”. Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın təklifi ilə razılaşmayıb. “Mən sizinlə razı deyiləm. Əhali kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun?! Niyə görə savadı olmamalıdır?! Zəhmət çəkib hazırlaşsın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq”- deyə, spiker etirazını bildirib. BAKU.WS
Oxşar xəbərlər
Deputatlar AzTV-ni tənqid etdi
“Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Televiziyası (AzTV) tənqid olunub.Modern.az-ın m...