Ermənistanda "siyasi meyitlər" xortlayır: Keçmişin kabusları geri qayıdır
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Ermənistanın daxilində baş verən siyasi çəkişmələrdən və revanşist ritorikadan bəhs olunub. Bildirilib ki, müharibədən sonra Ermənistan cəmiyyətində qəribə paradoks yaranıb.
Reallığı qəbul edənlər xəyanətkar, illüziyaları müdafiə edənlər isə vətənpərvər kimi təqdim olunur. Vurğulanıb ki, Ermənistan müxalifəti təmsil olunduğu parlamentdə tez-tez gərginlik yaradır, bununla da ölkənin diplomatik mövqeyini zəiflədir, xarici siyasətdə manevr imkanlarını daraldır.
Əlavə olunub ki, Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Albaniyada baş tutan qısa görüşdən sonra rəsmi İrəvan sülhə dair mesajlarını sıralamağa başlayıb.
N.Paşinyan bildirib ki, sülh sazişinin mətni üzrə danışıqlar artıq yekunlaşıb və sənəd imzalanmağa hazırdır.
Qeyd olunub ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini "seçilməmiş üçlük" adlandıraraq belə deyib:
"Onlar "siyasi meyitlər"dir. Nə Robert Koçaryan, nə də Serj Sarqsyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Pr...