Ermənistan ekoloji terrorla məşğuldur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır və bununla da Ermənistan ciddi şəkildə ekoloji terror törədir”.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisi Məhəmməd Abdıyev bildirib.
Hidroloq onu da əlavə edib ki, Ermənistan hidroloji terror törətməklə yanaşı sərsəng su anbarından axıdılan suyu ilin soyuq dövründə açıb buraxır, isti dövründə isə qarşısını kəsir:
“Bu da çay sularının tərkibində ciddi dəyişikliyə gətirib çıxarır. Yaxın günlərdə işğaldan azad olunan ərazilərimizdə çay sularının tərkibinin müəyyənləşdirilməsi ilə əlaqədar monitorinqlər aparılacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...