“Erməni soyqırımı” qanun layihəsinin Senatda qadağan olunmasını Ağ Ev istəyib
“Erməni soyqırımının” rəsmən tanınması ilə bağlı qanun layihəsinin ABŞ Senatında əngəllənməsini Ağ Evin istədiyi üzə çıxıb.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Axios” agentliyi məlumat yayıb.
Bildirilib ki, 13 noyabrda ABŞ və Türkiyə prezidentlərinin görüşündən sonra Ağ Evdə belə bir qərar alınıb.
Sayt iddia edib ki, prezidentlərin görüşündən sonra Ağ Evin yüksək vəzifəli rəsmisi görüşdə iştirak edən senator Lindsi Qrahama yaxınlaşıb və qanun layihəsi barədə danışıb. O, demokratçı senator Bob Menendezin qanun layihəsini Senatda səsverməyə çıxaracağını və bunun qarşısını almağı istəyib.
Qraham da bununla razılaşıb və Türkiyə ilə ABŞ münasibətlərinin normallaşması üçün əlindən gələni edəcəyini bildirib. Lakin, məsələ yenidən gündəmə gələcəyi təqdirdə buna qarşı çıxmayacağını söyləyib.
Bundan sonra Menendezin qanun layihəsini yenidən səsverməyə çıxarmaq istəyib. Bu zaman isə Ağ Evdən cümhuriyyətçi senator David Perdue buna qarşı çıxması istənilib və o da üzərinə düşəni edib.
Qeyd edək ki, ABŞ Senatında qanun layihələrinin səsverməsində hər bir senator əks fikir söyləyərək səsvermənin qarşısını ala bilir.
Xatırladaq ki, 29 oktyabrda ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələri “erməni soyqırımı” olaraq qəbul edilmişdi. Qərarın rəsmən qüvvəyə minməsi üçün ABŞ Senatında da səsvermədən keçməli və ABŞ Prezidenti tərəfindən təsdiqlənməlidir.
Fərid ƏDALƏT
Oxşar xəbərlər
Hitlerin doğulduğu evlə bağlı qərar verildi - Uzun illərin mübahisəsi başa çatdı
Avstriya hökuməti Adolf Hitlerin doğulduğu və 3 yaşına qədər yaşadığı evin polis bölməsinə çevrilməsi barədə qərar verib. BAKU.WS “Euronews”a istinadən xəbər ve...