Gürcüstan marixuana ixracına hazırlaşır

Gürcüstan marixuana ixracına hazırlaşır
Siyasət 1683
Bir müddət əvvəl marixuananı leqallaşdıran Gürcüstan indi bu maddənin ixracına başlamaq niyyətindədir.Bununla bağlı Gürcüstanın “İnterpressnyus” agentliyi məlumat yayıb.Hökumət ölkədə ixrac üçün marixuana yetişdirməyi nəzərdə tutan qanun layihəsini hazırlayıb. İxrac edilən marixuanadan əczaçılıq və kosmetika ehtiyacları üçün istifadə ediləcək.Agentliyin məlumatına görə, dünən “Gürcü arzusu” partiyasının deputatları bu məsələni müzakirə ediblər.Ehtimal edilir ki, idxal üçün marixuananın yetişdirilməsi biznesin lisenziyalaşdırılmış növü olacaq.Agentlik bildirib ki, qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirə ediləcək.Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın qəbulu ilə bağlı qadağanı iyulda ləğv edib.BAKU.WS

Son xəbərlər