Ərdoğan və Tramp arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Trampın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr və Qəzzadakı vəziyyət müzakirə edilib.
Ərdoğan Vaşinqtona səfərinin Türkiyə-ABŞ əlaqələrini daha da gücləndirdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün addımların atılmasının vacib olduğunu bildirib.
O, Türkiyənin Qəzza başda olmaqla bütün regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün sıx səylər göstərdiyini və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışladıqlarını bildirib.
Prezident Ərdoğan Türkiyənin sülh üçün diplomatik səylərini sürətləndirdiyini və qlobal sülhə töhfə verməyə davam edəcəyini vurğulayıb. O söyləyib ki, İsrailin hücumlarına son qoyulması regionda sülhün bərqərar olmasına yönəlmiş təşəbbüslərin uğuru üçün çox vacibdir.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...