Ərdoğan və ABŞ-ın vitse-prezidenti arasında görüş olub
17
okt
2019
19:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş olub.BAKU.WS-in məlumatına görə, mətbuata qapalı olan 1 saat 40 dəqiqəlik görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb. İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb. Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.
Oxşar xəbərlər
Ərdoğan Pompeo ilə görüşdən imtina etdi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə gələcək ABŞ nümayəndə heyəti ilə görüşməyəcəyini bildirib. BAKU.WS-in məlumatına görə, bu barədə Ərdoğan “Sky N...