Ərdoğan Ukraynaya səfərə yola düşür

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya bir günlük səfər edəcək.
BAKU.WS "haber global"a istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Ərdoğan, Ukrayna lideri Zelenski və BMT-nin baş katibi Quterreşin Lvovda keçirəcəyi görüşün təfərrüatları açıqlanıb.
Bildirilib ki, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşündə Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində bütün aspektləri müzakirə olunacaq.
Bundan əlavə, Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətini artırmaq və prosesi davam etdirmək də əsas mövzulardandır. Tərəflər həm də Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün potensial addımlar müzakirə edəcəklər.
Oxşar xəbərlər
Podolyak: “Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək”
Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni etməkdə davam edəcək”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Şərqi Avrop...
