Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan hər cür dəstəyi verməyə hazırdır: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır. Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik. Bu istiqamətdə dəyərli dostum Zelenski ilə fikir mübadiləsi apardıq”.
Oxşar xəbərlər
Sabah Zelenski ilə Ərdoğan arasında təkbətək görüş keçiriləcək
Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə səfəri baş tutacaq. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, V.Zelenski və Türkiyə Prezidenti...