Sabah Zelenski ilə Ərdoğan arasında təkbətək görüş keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə səfəri baş tutacaq.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, V.Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş İstanbulda baş tutacaq.
Xəbərdə həmçinin qeyd olunur ki, sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının doqquzuncu iclası keçiriləcək.
Şuranın toplantısı çərçivəsində iki ölkə arasında müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələləri müzakirə ediləcək.
Toplantıda həmçinin Krım tatar xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlik ortaq layihələr barədə də fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
Zelenskinin 2020-ci ildəki qazancı bu qədər olub - MƏBLƏĞ
Ukrayna prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib. BAKU.WS “Report”a istinadən xəbər verir...