Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüf deyil
1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüf deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd edilib.
"Azərbaycan bu gün də Türk dünyasının faydalılığının artırılmasına töhfə verməkdədir", - o vurğulayıb.
R.T.Ərdoğan əlavə edib ki, Birinci Türkoloji Qurultayın müzakirə etdiyi mövzular hər zaman Türk dünyası üçün aktual olub.
O, həmçinin bu gün türk dövlətləri arasındakı birlik və dostluğun vacibliyinə diqqət çəkib.
Oxşar xəbərlər
Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşacaq
Azərbaycanın Xankəndi ilə Rumıniyanın Baia Mare şəhərləri qardaşlaşacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Rumıniyada səfərdə o...