Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YEKUN NƏTİCƏ

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YEKUN NƏTİCƏ
Siyasət 1815

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

BAKU.WS xəbər verir ki, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 38 621 seçicidən 16 800 (43.50 faiz) səs verib.

Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 085 seçicidən 10 156 (24.13 faiz) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Xatırladaq ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib.

18:30

Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 15 min 792 nəfəri (40.89 %) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 33 min 354 seçicidən 7 min 778 nəfəri (23.32 %) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 520 133 nəfəri səs verib.

Oxşar xəbərlər

Son xəbərlər