Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
"Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir:
"Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33% təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18%-lik artım deməkdir".
Oxşar xəbərlər
Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbay...