Əmək pensiyalarının minimum məbləği artırıldı

Əmək pensiyalarının minimum məbləği artırıldı
Siyasət 1520
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılır.Aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilir:“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Parlamentdə pensiya haqqında qanuna dəyişiklik edildi

Parlamentdə pensiya haqqında qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.BAKU.WS Report-a is...

1336 İqtisadiyyat 12:50 09 iyul 2019

Son xəbərlər