Elmar Məmmədyarov 2019-cu ildə Dağlıq Qarabağla bağlı planları AÇIQLADI
18
dek
2018
19:18
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq.Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda deyib.Nazir qeyd edib: "Əsas vəzifələrimizdən biri müstəqilliyimizin möhkəmləndirilməsi idi. Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu, təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik".E.Məmmədyarov bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.Bu il əldə olunan mühüm nailiyyətlərdən danışan nazir Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsini xüsusi vurğulayıb: "Bu, böyük irəliləyişdir, nəhayət, uzun illərdən sonra biz buna nail olduq".BAKU.WS
Oxşar xəbərlər
ATƏT Dağlıq Qarabağla bağlı bəyanat yaydı - Razılıq əldə olunub
ATƏT Minsk qrupunun həmsədr ölkələri, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar...