Elçin Əmirbəyov Meksika Senatının sədri ilə beynəlxalq məsələləri müzakirə edib
30
apr
2025
19:38
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksika Senatının sədri Herardo Fernandes Noronya ilə görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Meksika Senatının "X" səhifəsindəki paylaşımında bildirilir.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin xalqlar arasında qardaşlıq əlaqələri bir daha təsdiqlənib və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi niyyəti ifadə olunub.
Tədbirdə Meksika Senatının xarici əlaqələr komitəsinin üzvləri də iştirak ediblər.
Oxşar xəbərlər
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. BAKU.WS xatırladır ki...