Ekvadorda avtomobil sexinə hücum: 10 nəfər öldü

Ekvadorda avtomobil sexinə hücum: 10 nəfər öldü
Siyasət 83

Naməlum cinayətkarların Ekvadorun qərbindəki Quayakuil şəhərində avtomobil təmiri sexinə hücumu zamanı 10 nəfər həlak olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından jurnalistlərə bildiriblər ki, hadisə zamanı ümumilikdə 10 nəfər ölüb, bir yaralı var. “Hazırda istintaq bölmələrimiz cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir”, - polis tvitterdəki hesabında bildirib.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbol matçına baxan bir qrup şəxsi güllələyiblər.

Bəzi mətbu orqanlar hadisə zamanı 5 nəfərin yaralandığını xəbər veriblər.

Quayakuil artan cinayət halları ilə əlaqədar keçən ilin avqust ayından şəhərdə fövqəladə vəziyyət rejimi hökm sürür.

Son xəbərlər