Əfsanəvi qrup 15 ildən sonra bunu edəcək

Əfsanəvi qrup 15 ildən sonra bunu edəcək
Siyasət 105

Əfsanəvi qrup "Oasis" 15 ildən sonra qayıdır.

BAKU.WS xəbər verir ki, qrup 2025-ci ildə dünya turuna çıxacaq.

Onlar 2009-cu ildən bu yana ilk dəfə peşəkar səhnəyə qayıdır.

Noel və Liyam Qallaher qardaşları bu barədə rəsmi instaqram hesablarında bildiriblər.

Bu qrupun dünya turu olsa da, hələ ki, sadəcə İngiltərə və İrlandiyadakı konsertlərinin keçirilməsinə icazə verilib.

Onların 2025-ci ildə iyul və avqust aylarında Kardiff, London, Mançestr, Edinburq və Dublində konsertləri də gözlənilir.

Mətbuata açıqlama verən qrup Avropadan sonra turunu dünyanın digər ölkələrində də davam etdiriləcək.

Son xəbərlər