Ölkə iqtisadiyyatına 1 milyard qazandıracaq - FOTO

Ölkə iqtisadiyyatına 1 milyard qazandıracaq - FOTO
Siyasət 218

Uğurlu musiqi karyerasına sahib müğənni Teylor Sviftdən xəbər var.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, konsert turuna çıxan sənətçinin konsertləri hələ də davam edir.

O bundan sonra Birləşmiş Krallığın Kardiff, Edinburq, Liverpool və London kimi şəhərlərində də konsert verəcək.

Gənc popçunun ölkə iqtisadiyyatına təsiri "Swiftonomics" adlanır.

İfaçının 4,3 milyon bileti satılıb. Biletlərin ortalama qiyməti isə 238 dollardır. Otel, səyahət, yemək və alış-verişlə birlikdə isə konsert bileti adambaşına 1300 dollara başa gəlir.

Teylor 5 şəhərdə 15 konsert verəcək.

"Barclays"ın yaydığı məlumata əsasən, Teylorun bu konsertləri Birləşmiş Krallıq iqtisadiyyatına 997 milyon funt-sterlinq qazandıracaq.

Bu da 1 milyard funt-sterlinqə yaxındır.

Ölkə iqtisadiyyatına 1 milyard qazandıracaq - FOTO

Son xəbərlər