Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən 554 milyon funt-sterlinq alacaq - FOTO
Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, boşanma prosesinin aparıldığı Böyük Britaniya Ali Məhkəməsinin qərarı çərşənbə axşamı, dekabrın 21-də açıqlanıb.
Hakimlərin qərarına əsasən, bu məbləğin bir hissəsini - 251 milyon funt-sterlinqi keçmiş ər şahzadəyə təzminat kimi ödəyəcək. Daha 290 milyon funt sterlinq onların uşaqları 14 yaşlı Cəlilə və 9 yaşlı Zayedin övladlarının ömürlük dəstəyinə gedəcək. Eyni zamanda, əmir onların təhsili üçün 3 milyon funt-sterlinq, cari xərclər üçün isə 9,6 milyon funt-sterlinq ödəyəcək.
Məhkəmə həmçinin bildirib ki, Dubay əmiri həyat yoldaşı və iki övladı üçün “əsas təhlükədir”.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin oğlu anasına 100 milyon dollar ödəməlidir - QƏRAR VERİLDİ
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Teymur məhkəmənin qərarı ilə anası Tatyana Əhmədovaya 100 milyon dollar ödəməli olacaq. Məhkəmə onu...