İngiltərədə hər şey bahalaşıb deyə Antalyaya 5 ulduzlu otelə köçdü - FOTO

24 yaşlı Cok Kerr qeyri-adi addımı ilə dünya mətbuatının gündəmini zəbt edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Mançestr şəhərində yaşayan Cok aylıq xərclərinin çoxaldığını bildirib. O Mançestr şəhərindəki bahalıq səbəbilə Türkiyənin Antalya şəhərinə köçüb.
Burada 5 ulduzlu lüks otellərdən birinə yerləşib. Kerr Mançestrda bir aylıq xərcinin lüks oteldə qalmaqdan daha çox olduğunu deyib.
"Mançestrda aylıq kirayə haqqı və kommunal xərclərim 951 funt-sterlinq edir.
Burada isə 28 gün üçün otelə 944 funt-sterlinq ödəyirəm. Yəni 5 ulduzlu lüks otelə hələ 7 funt-sterlinq az ödəyirəm. Hədəfim bütün Türkiyəni gəzməkdir. Bura artıq 3-cü dəfədir ki, gəlirəm. Daha əvvəl Marmaris və Sideyə getmişdim. İstanbul Kars və Sivas şəhərlərini də gəzmək istəyirəm" - deyə o bildirib.

Oxşar xəbərlər
Ötən il Antalya rekord sayda turist qəbul edib
Ötən il Türkiyənin Antalya şəhəri 15 milyon 689 min 258 xarici turisti qəbul edib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyin...
