Dünyaca tanınmış aparıcı koronavirusdan vəfat etdi - FOTO

Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Kinq Los Ancelesdə xəstəxanaların birində ölüb.
Qeyd edək ki, o, 1985-2010-cu illərdə yayımlanan “Larry King Live” şousu ilə tanınıb. Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb.
Kinq “Emmi”, “Pibodi” mükafatlarının laureatı, həmçinin “Cable ACE”ın onqat mükafatçısı olub.
2017-ci ildə Kinq ağciyər xərçəngi ilə mübarizə apardığını elan edib.
2019-cu ildə ona anqioplastika edildi, cari ilin yanvar ayının əvvəlində isə o, koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Los-Ancelesdə yeni toqquşmalar, “Trump” otelinin yanında atışma olub - VİDEO
ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Birləşmiş Ştatların hazırkı prezidenti Donald...
