Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi
07
iyl
2018
15:04
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.BAKU.WS-in məlumatına görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.BAKU.WS
Oxşar xəbərlər
Gömrük Komitəsində YENİ TƏYİNAT
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Rəşad Babayev Tovuz Gömrük İdarəsinə rəis təyin edilib.Qeyd edək ki,...