Gömrük Komitəsinin iki yüksək vəzifəli əməkdaşı sərəncama götürülüb
03
may
2018
19:51
Dövlət Gömrük Komitəsinin iki yüksək rütbəli əöməkdaşı sərəncama götürülüb. Bu barədə BAKU.WS-ə komitədən məlumat verilib. Məlumata əsasən, Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.BAKU.WS
Oxşar xəbərlər
Gömrük Komitəsinin yeni sədri ilk tapşırıqlarını verib
Dövlət Gömrük Komitəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.Komitədən BAKU.WS-ə verilən məlumata görə, mü...