Dövlət Suverenliyi Gününün qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir
Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir.
BAKU.WS bu barədə "Report"a istinadən hökumətdəki mənbə məlumat verib.
O bildirib ki, hazırda qanunvericiliyə belə bir dəyişiklik olunmadığından 20 sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün hər il sentyabrın 20-sinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin...