Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb
27
yan
2025
17:31
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət Miqrasiya Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kot-d'İvuarın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri...