Deputat sosial şəbəkələri bağlamağı təklif etdi
11
fev
2019
19:58
“Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik”.BAKU.WS Virtualaz-a istinadən xəbər verir ki, bunu yerli KİV-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.Deputat bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var: “Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur. Ona görə də biz lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərik. Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik. Bu zaman əgər kimsə bizimlə ünsiyyətə girmək istəsə, bizim sosial şəbəkəyə girsin. Yaxud da “Youtube” və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar. Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizliyi Xidməti bu məsələlərlə məşğul ola bilər”.BAKU.WS
Oxşar xəbərlər
Araz Əlizadə təhqir olunan deputatlar haqqında: “Elə bil söyülməkdən ləzzət alırlar”
“Deputatlar ağızlarına su alıb dururlar. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından sə...