Araz Əlizadə təhqir olunan deputatlar haqqında: “Elə bil söyülməkdən ləzzət alırlar”

Araz Əlizadə təhqir olunan deputatlar haqqında: “Elə bil söyülməkdən ləzzət alırlar”
Siyasət 723

“Deputatlar ağızlarına su alıb dururlar. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar. Bu baxımdan Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram”.Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib. Bildirib ki, o, məntiq və təmkinlə söyüş söylənlərin yalanlarını ifşa edir: “Məsələn “Kanal 13”də deyirlər ki, Araz Əlizadə müstəqiliyin əleyhinə səs verib. Adama deməzlər ki, ay “zatı qırıq” sübut elə, gic-gic danışma. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixində, Azərbaycan parlamentində ilk dəfə mənim ağzımdan səslənib ki, Azərbaycan SSRİ-dən çıxmaq məsələsini ortaya qoymalıdır. Belə bir adam müstəqilliyin əleyhinə səs verər? Bunlara cavab vermək lazımdır. Əgər cavab verməsən, səni tanımayan 10 nəfər bu nadürüstün şərhini eşidəndə, fikirləşəcək ki, söylənilənlər həqiqətdir. Ona görə belələrinə cavab verib, susdurmaq lazımdır”. Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, deputatlar onları söyənələrə cavab verməlidir: “Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.BAKU.WS

Son xəbərlər