Milli Məclisdə gərginlik: Deputatlar mübahisə etdi, Oqtay Əsədov işə qarışdı
01
okt
2018
14:37
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar - Qüdrət Həsənquliyevlə Araz Əlizadə arasında mübahisə düşüb.BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Araz Əlizadə Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:"Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə "Ermənistanın arxasında başqa dövlətlər dayanır” kimi Azərbaycan xalqını ruhdan salan fikirlər səsləndirilir. Hörmətli spiker, bu cür fikirlərin səsləndirilməsinə imkan vermək olmaz. Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Cənab prezident İlham Əliyev də lazım gələn zaman bu əmri verəcək. Bunun əleyhinə müzakirələrin aparılması yolverilməzdir”. Qüdrət Həsənquliyev isə qeyd edib ki, Araz Əlizadəni Rusya meyilli siyasətçi adlandırıb. O, bildirib ki, həmkarı indiki çıxışları ilə keçmişini unutdura bilməz, onun hara bağlı olduğunu hər kəs yaxşı bilir: "Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır. Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovla əlaqəsi, 1990-cı illərdə parlamentdəki çıxışlarını yaxşı xatırlayırıq.Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq deyib ki, bir-birinizə qarşı dözümlü olun: "Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”.BAKU.WS
Oxşar xəbərlər
Araz Əlizadə: “Avtomobillərdə siqaret çəkmək qadağan olunsun”
Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, deputat bu təklifi Mil...