Araz Əlizadə: “Avtomobillərdə siqaret çəkmək qadağan olunsun”
24
sen
2018
16:37
Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, deputat bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər:“Sürücü siqaret çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.BAKU.WS
Oxşar xəbərlər
XƏBƏRDARLIQ: Siqaretlə bağlı daha bir cərimə tətbiq olundu
Milli Məclisin deputatı Vüsal Hüseynov son günlər siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilməməsi və hələ də qadağan edilmiş yerlərdə bu halların dava...