Daha bir ölkədə elektron siqaret qadağan olundu

19
sen
2019
13:45
Hindistan hökuməti elektron siqaretlərin istehsalı, idxalı və satışını qadağan edib.BAKU.WS “dunyabulteni.net”ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bu addımın elektron siqaretin uşaqlar və gənclər arasında yayılmaması məqsədilə atıldığını açıqlayıb.Qanun, prezident təsdiqlədikdən sonra qüvvəyə minəcək.Qanunu pozanlara 1 ildən 3 ilə qədər həbs, həmçinin 1400 dollardan 7 min dollara qədər pul cəriməsi də nəzərdə tutulub.Qeyd edək ki, Hindistan tütün istifadəsinə görə Çindən sonra ikinci yerdədir. Məlumata görə, Hindistandan hazırda 106 milyondan çox aktiv tütün istifadəçisi var.Bildirək ki, ABŞ-ın Miçiqan ştatında da elektron siqaret qadağan edilib.
Oxşar xəbərlər
Elektron siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ - VİDEO
Son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayının artması barədə və bunun çox ciddi təhlükə mənbəyi olduğu barədə Ümümdünya Səhiyyə Təşkilatı...
