Elektron siqaretlər ağ ciyəri sıradan çıxarır

17
avq
2019
12:40
ABŞ-ın 6 ştatında elektron siqaret istifadəçiləri ağ ciyərində problem yarandığı üçün xəstəxanalara müraciət edib.BAKU.WS xəbər verir ki, nəfəs almaqda çətinlik çəkən 50-dən çox şəxsin ortaq nöqtəsi elektron siqaretdən istifadə etmələri olub. Elektron siqaret istifadəçiləri arasında ölüm halı müşahidə edilməsə də, bir neçə nəfərin vəziyyətinin ağır olduğu üzə çıxıb.Xəstələr əsasən, nəfəs almaqda problem yaşayır, sinələrində ağrı hiss edir və ürək bulanmasından əziyyət çəkirlər.Ekspertlər hesab edir ki, elektron siqaretlər adi halda insanlar üçün təhlükəsiz görünsə də, bunun digər tütün məhsulları ilə müqayisədə riskləri az deyil. Belə ki, elektron siqaretlər də asılılıq yaradır və insanların səhhətində kifayət qədər problemlər yaradır.
Oxşar xəbərlər
Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR
İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib.Bu barədə Təhsil Nazirliyind...
