İcra başçıları bazar günü işə çıxdı - Eldar Əzizov tapşırıq verdi
02
dek
2018
11:47
Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır.BAKU.WS xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:"Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.BAKU.WS
Oxşar xəbərlər
Bakı meriasında texniki avadanlıq və kompüterlər yoxa çıxdı - Eldar Əzizov göstəriş verdi
Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyy...