Bakı meriasında texniki avadanlıq və kompüterlər yoxa çıxdı - Eldar Əzizov göstəriş verdi

Bakı meriasında texniki avadanlıq və kompüterlər yoxa çıxdı - Eldar Əzizov göstəriş verdi
Sosial 2112

Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılır. Buna səbəb meriadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır.

Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun göstərişi ilə icra hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılır. Bu işdə prinsipial mövqe tutan Eldar Əzizov aparılan yoxlamaların sonunda ciddi ölçülərin götürülməsini nəzərdə tutur.

Bakı Şəhər İcra Hakimiyyətindən meriada inventarlaşma işlərinin aparıldığını təsdiqləyiblər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər