"Çırpınırdı Qara dəniz" Ərdoğanın seçki mahnısı oldu - VİDEO

Çırpınırdı Qara dəniz Ərdoğanın seçki mahnısı oldu - VİDEO
Video
Siyasət 204

Dahi bəstəkar Üzeyir Hacıbəyovun şair Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı olub.

BAKU.WS xəbər verir ki, bu barədə İctimai TV-də videoçarx nümayiş olunub.

Vətənpərvərlik ruhu aşılayan ifanın sözləri dəyişdirilərək "Senden vazgeçmeyiz" adlandırılıb.

Videoda Türkiyə dövlət başçısının müxtəlif tədbirlərdə çıxışı, o cümlədən prezident İlham Əliyevlə Ərdoğanın görüntüləri də yer alıb.

Məlumat üçün bildirək ki, qardaş ölkə Türkiyədə prezident seçkiləri gələn il baş tutacaq.

Son xəbərlər