Ceyhun Bayramov Polşada Ukraynanın Bərpası üzrə Konfransda iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfransda iştirak edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
"Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya davam edən humanitar yardımını, o cümlədən humanitar yardımın tədarükünü, ukraynalı uşaqların reabilitasiyası proqramlarını və zərərçəkmiş icmalara dəstək göstərilməsinə yönəlmiş bərpa təşəbbüslərini vurğulayıb.
Münaqişələrin humanitar nəticələrinin həllində beynəlxalq həmrəyliyin, o cümlədən postmünaqişə bərpasının vacibliyi vurğulanıb.
Nazir Azərbaycanın Ukraynaya humanitar yardım göstərilməsinə davam etməyə hazır olduğunu bir daha təsdiqləyib", - deyə paylaşımda bildirilib.
Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun participated at the Ukraine Recovery Conference held in Gdansk, Poland.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 25, 2026
During discussions, the Minister highlighted Azerbaijan’s continued humanitarian assistance to Ukraine, including aid deliveries, rehabilitation programs for… pic.twitter.com/SYNGYnNTf8
Oxşar xəbərlər
Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb
Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli...