Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir

Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir
Siyasət 28

İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Onun sözlərinə görə, dünyada münaqişələr 100 minlərlə insanın itkin düşməsinə səbəb olub:

"Latın Amerikasından Balkanlara qədər, Qəzza, Ukrayna, Cənubi Qafqazda da müharibələrlə bağlı itkin düşmüş şəxslər var. Bu saylar da getdikcə artır. Təcili şəkildə beynəxalq humanitar hüququn gücləndirilməsinə ehtiyac var".

M. Çavuşoğlu deyib ki, sülh müharibə yenidən yarada bilər, lakin dayanıqlı sülh üçün barışıq lazımdır:

"Qafqaz bu proseslərdən köçüb. Azərbaycan özü də bu itkin düşmüş. şəxslərlə bağlı problemlərlə üzləşib. 4000 dən çox azərbaycanlının taleyi hələ də müəmmalıdır. Cənubi Qafqazda bu gün sülh təşəbbüsü İlham Əliyevin əməyi ilə daha da reallaşıb. İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir və bu gündəmdədir".

YENİLƏNİR

Son xəbərlər