Çavuşoğlu Azərbaycanı atalar sözü ilə təsvir etdi
11
apr
2025
21:52
Türkiyənin sabiq xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlu Azərbaycan haqqında danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə fikirlərini "Baku TV"yə səsləndirib.
IV Antalya Diplomatik Forumunda iştirak edən deputat ölkəmizi Türkiyədə populyar olan atalar sözü ilə təsvir edib:
"Azərbaycan deyəndə axar sular sadəcə dayanmaz, tərsinə axar", - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyədə "Haqqı deyəndə axar sular dayanar" kimi bir ifadədən geniş istifadə olunur.
Oxşar xəbərlər
Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb
Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan faydalana biləcək şəxslər sırasına daxil edilməsi barədə təklif irəli sürülüb. BAKU.WS report-a istinadən xəbər...