Bu Osmanlı sultanına aid portret yarım mln. dollardan baha satıldı

Böyük Britaniyada Osmanlı imperatoru Sultan Süleyman Qanuninin 4 əsr əvvəl çəkilən portreti açıq hərracda 350 min funt sterlinqə (483 min dollar) satılıb.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, italyan rəssam Cristofano Dell tərəfindən XVI əsrin sonu XVII əsrin əvvəlində çəkildiyi bildirilən portret XIX əsrdən fransalı ailəyə məxsus kolleksiyada qorunur.
İlkin hərraca 60 min funt sterlinqə çıxarılan əsərin sahibinin adı gizli saxlanılıb. Qanuninin təxminən 43 yaşında olarkən çəkildiyi düşünülən portret sahibinə vergi ilə birgə 438 min funt sterlinqə (604 min dollar) başa gələcəyi bildirilir.

Oxşar xəbərlər
Mustafa Ceceli: “10 aylıq uşağın qatillərinin axıtdığı qan yerdə qalmayacaq” - VİDEO
Türkiyəli məşhur müğənni Mustafa Ceceli Azərbaycanla bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, ifaçı Azərbaycan və Türkiyə bayraqlarını yayımlayaraq "Vaxtı g...