Bu gün Beynəlxalq Könüllülər Günüdür
Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
BAKU.WS xəbər verir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Azərbaycan da könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Bunun bariz nümunəsindən biri də dekabrın 1-də start verilən və ayın 9-dək davam edəcək “Azərbaycan könüllülük həftəsi”dir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlərin, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumunun, onlar üçün xüsusi konsert-əyləncə proqramının, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Oxşar xəbərlər
Gənclər 147 şəhid ailəsini ziyarət etdi - FOTO
Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin b...