“ASAN xidmət” mərkəzlərində 4 gün iş olmayacaq
"ASAN xidmət” mərkəzlərində 4 gün iş olmayacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar yanvarın 4-dən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
“ASAN xidmət” iki gün işləməyəcək
12-13 sentyabr Qurban bayramı ilə əlaqədar "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. Xidmətin informasiya təminatı şöbəsindən BAKU.WS-ə verilən məlumat...