Sosial evlərin seçimi başa çatdırıldı

Sosial evlərin seçimi başa çatdırıldı
Sosial 1644
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin seçimi başa çatdırılıb.Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilir ki, proses Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.Bu saata olan məlumata görə satışa çıxarılən 324 mənzilin hamısı artıq seçilib. Seçilən mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilir BAKU.WS

Son xəbərlər