Bodrumda meşə yanır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanır.
"Report" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Bildirilib ki, 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 5 dozer, 271 şəxsi heyət yanğının söndürülməsi işinə cəlb olunub.
Bələdiyyə sədri Tamer Mandalinci yanğının baş verdiyi ərazinin sıldırımlı olması səbəbindən qurudan müdaxilənin çətin olduğunu deyib.
"Bölgə dağlıq olduğu və küləyin istiqaməti tez-tez dəyişdiyi üçün yanğın nəzarətdən çıxıb böyüməyə meyllidir. Biz yanğının qarşısını almaq üçün aktiv şəkildə işləməyə davam edirik", - o bildirib.
Oxşar xəbərlər
Bodrumda dənizdən saat yarıma 2,5 ton zibil çıxarıldı - VİDEO
Məşhur turizm mərkəzlərindən biri olan Bodrumda hər kəsi şoka salan hadisə yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, könüllülərin "Dənizə ən çox...