Muğlada meşə yanğını: Əraziyə helikopter və təyyarə cəlb olundu - FOTO/VİDEO

Muğlada meşə yanğını: Əraziyə helikopter və təyyarə cəlb olundu - FOTO/VİDEO
Foto Video
Siyasət 85

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Son xəbərlər